VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib.

O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.
 
BAKU.WS