VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Siyəzən rayonunda ağır yol qəzası baş verib.
 
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə az öncə baş verib. Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib. 

Siyəzəndə baş vermiş ağır yol qəzasında yaralananların adları bəlli olub.

Bu gün Siyəzən rayonunda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları bəlli olub. Hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Hadisə zamanı yaralanan şəxslərin bəzilərinin adlarını təqdim edirik:

Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü
Digər yaralıların da adlarını öyrənməyə çalışacağıq.
Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.
 
BAKU.WS