VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xarici ölkələrdən fahişəlik məqsədi ilə qadın gətirərək Quşadasındakı barlarda istismar edən şəbəkə ələ keçirilib.
 
BAKU.WS-in məlumatına görə, polis əməliyyat keçirərək şübhəli şəxsləri iş başında yaxalayıb. Türkiyədə yerli vaxtla gecə saat 23:00-da 2 bar, 2 ev və 2 nəqliyyat vasitəsinə eyni vaxtda əməliyyat təşkil edilib.
 
Əməliyyat çərçivəsində 2 Azərbaycan, 3 Ermənistan, 2 Özbəkistan, 3 Qazaxıstan, 2 Ukrayna və 4 Qırğızıstan əsilli olmaqla, ümumilikdə 16 əcnəbi qadın saxlanılıb.
 
Əməliyyat zamanı həmçinin əcnəbi qadınları istisnar edən və yer təmin edən 5 nəfər də tutulub. Saxlanılan şəxslər məhkəmə qərarı ilə həbs olunub.  
 
Nazim Babayev
BAKU.WS