SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın 15 ölkəsində "WhatsApp” mesajlaşma tətbiqi ilə bağlı xüsusi əməliyyat keçirilib.

BAKU.WS-in məlumatına görə, Ameripol ve İnterpol qurumları tərəfindən həyata keçirilən əməliyyat zamanı 50 nəfər həbs edilib.
 
Məlumata görə, adı çəkilən qurumlar "WhatsApp”da uşaqların istismar edilməsi ilə bağlı videoların sürətlə yayıldığını müşahidə ediblər və araşdırmalara başlayıb.
Məlum olub ki, bu videolar 15 ölkədə fəaliyyət göstərən müəyyən qruplar tərəfindən yayılır.
 
İspaniya, Kolumbiya, Boliviya, Braziliya, Çili, Kosta-Rika, Dominikan respublikası, Quatemala, Meksika, Paraqvay, Venesuela, Uruqvay, Panama, Nikaraqua və İtaliyada keçirilən əməliyyatlar zamanı ümumilikdə 50 nəfər həbs edilib.
 
BAKU.WS