SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakının Suraxanı rayonunda baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in "report”a istinadən verdfiyi məlumatına görə, qəza nəticəsində xəsarət alan sürücü Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım" maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.
 
Hazırda yaralının müalicəsi davam etdirilir.
 
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.
 
Xatırladaq ki, "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "Azəravtoyolservis" ASC-yə məxsus "KamAZ" markalı su maşınına çırpılıb.
 
BAKU.WS