VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Təhlükəsizlik Nazirliyinin saxlanılan əməkdaşları arasında Monitorinq Mərkəzinin işçisi Natəvan Mürvətovanın da adı var. Natəvan Mürvətova Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadındır. O, Prezident İlham Əliyevin 2009-cu il, 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib.

Natəvan Mürvətova 2013-cü ildə "Vətən uğrunda” medalı ilə təltif olunub.

Xatırladaq ki, həbs edilən MTN əməkdaşları (adları məlum olanlar- Fərhad Atayev, Natəvan Mürvətova və Füzuli Ələsgərzadə) barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

BAKU.WS