SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəmkir sakini Gəncədə bıçaqlanıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə ,qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızı gilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
BAKU.WS