SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İmişli rayonunun Qaragüvəndikli kəndində ilanlar evə hücum edib.

BAKU.WS Xəzər TV-yə istinadən məlumatına görə, kənd sakini Xanış Babayevə məxsus fərdi yaşayış evində vəziyyət son vaxtlar daha təhlükəli hal alıb. 

Müxtəlif yerlərdən evə girən ilanlar hər kəsi qorxuya salıb. Xüsusilə də uşaqlar qoxudan evdə yata bilmirlər.

Belə bir vəziyyətin olduğunu təsdiqləyən kənd icra və bələdiyyə nümayəndələri evdə bir neçə dəfə dərmanlama işləri həyata keçirildiyini bildiriblər.
 
BAKU.WS