SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Razboynik” ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

BAKU.WS APA-ya istinadən xəıbər verir ki, Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adı çəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada  qulluq göstərdiyinə görə saxlanılıb.

Qeyd olunur ki, kriminal aləmdə "razboynik” ləqəbi ilə tanınan İ.Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 
 
BAKU.WS