VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda mənzildən oğurluq olub.

"Report”un məlumatına görə, hadisə Nizami rayonu, K.Balakişiyev küçəsində qeydə alınıb.

Həmin küçədəki evlərdən birində yaşayan 36 yaşlı Zaur Mirzəyevin mənzilindən açarseçmə yolu ilə içərisində 60 000 ABŞ dolları, 5 000 manat və 5 000 dollar dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS