SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı sakini Fatma Cəfərova 2017-ci ilin yanvarında ayağında ağrılar hiss etdiyi üçün "Medika Hospital”a müraciət edib.

BAKU.WS yenicag.az-a istinadla xəbər verir ki, 65 yaşlı xəstəni müayinə edən cərrah-travmatoloq Emin Kazım Fatma Cəfərovanın yalnız əməliyyat yolu ilə sağalacağını bildirib.

Yaşlı qadının ailəsindən 7 min manat əməliyyat pulu alan həkim Fatma xanımın 3 günə ayağa qalxacağını deyib. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti daha da pisləşib. Buna isə əməliyyat zamanı xəstənin ayaq sinirlərinin kəsilməsi və ayağına qoyulan implantın çürüməsi səbəb olub. Daha sonra vəziyyəti ağırlaşan Fatma Cəfərova Türkiyəyə aparılıb. Ümumilikdə, "Medika Hospital”ın həkimi Emin Kazımın səhlənkarlığı xəstənin ailəsinə 40 min manata başa gəlib. Qadın 6 aydır ki, yatağa məhkum olub və türkiyəli həkimlər tərəfindən müalicəsi davam etdirilir.
 
BAKU.WS