SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Almaniyada güclü yağışın ayğması nəticəsində metro stansiyalarını su basıb.

BAKU.WS-in məlumatına görə, leysan yağışları əsasən ölkənin şərqini ağuşuna alıb.

Yağış suları o qədər çox olub ki, Frankfurt şəhərində metro stansiyası bir anın içində suyun altında qalıb. Qatarların hərəkəti dayandırılıb.

Bundan başqa, Frankfurt hava limanında 92 reys ləğv edilib.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib.
 
Murad Səmədov
BAKU.WS