SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azəravtoyol” ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS-in Report.az-a istinadən verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.
 
Murad Səmədov
BAKU.WS