SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda dənizdə batanlardan birinin meyiti tapılıb.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilmişdir.
 
Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.
 
BAKU.WS