SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
 
BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.

APA isə xəbər verir ki, Bakıda dənizdə batan şəxslərin qız və oğlan olduğu məlum olub. Bu barədə  Suraxanı rayon Polis İdarəsindən bildirilib.
 
Onların şəxsiyyəti hələlik məlum deyil. Axtarışlar davam etdirilir.
 
Murad Səmədov
BAKU.WS