SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.

BAKU.WS xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpı kəndində baş verib.
 
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb. 

Rayon hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, V. Quliyev ağacda quraşdırılmış yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb və uşaq boğularaq ölüb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad Səmədov
BAKU.WS