SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 29.900 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
 
Murad Səmədov
BAKU.WS