SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyeva vəfat edib.

BAKU.WS-in 1news.az-a istinadən məlumatına görə, bu haqda Günelin yaxın dostu xəbər verib.

O bildirib ki, Günel dənizdə boğulub: "Hadisə çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir. Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən”.

Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.  

Qeyd edək ki, Günel son vaxtlar xeyriyyə işləri ilə məşğul olurmuş. Onun meyiti bu gün tapılıb. (Oxu.Az)
 
BAKU.WS