VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda estetik əməliyyatdan sonra həyatını itirən modelin həkimi, iranlı plastik və estetik cərrah Siruz Qoçxanidən yeni xəbər var.

BAKU.WS-in əməkdaşı cərrahdan məlum hadisə ilə bağlı münasibət öyrənməyə çalışıb. Sirus Qoçxaninin köməkçisi bildirib ki, həkim baş vermiş hadisə ilə bağlı hələlik açıqlama vermək istəmir.
 
"Hazırda tibbi ekspertiza gedir. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək", - deyə cərrahın köməkçisi bildirib.

BAKU.WS 22 yaşlı Leyla adlı modelin ölümündə şübhəli bilinən cərrahın fotolarını əldə edib.
 
Plastik və estetik cərrah Siruz Qoçxani Tehranda Şəhid Behşidi adına Tibb Elmləri Universitetində tibbi təhsil aldığı bildirilir. Məlumata görə, o, 2002-2006-cı illərdə Almaniyada estetik lazer kursunu bitirib.
 
Xatırladaq ki, İyunun 23-də "Zəfəran Hospital"da Siruz Qoçxani adlı həkim tərəfindən liposaksiya əməliyyatı edilən 22 yaşlı Leyla adlı qız iki gün sonra ölüb.

Murad Səmədov
BAKU.WS