VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qubada iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

BAKU.WS DİN-in saytına istinadən xəbər verir ki, hadisə iyunun 24-də Quba rayonunun Gədiy kəndi ərazisində baş verib.

Rəşad Qələmiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakinləri Aynurə Xudaverdiyevanı və onun qızı Nazlını vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Nazlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
BAKU.WS