Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Qəza zamanı "Zəfəran” Hospitalın təcili yardım maşını ilə minik avtomobili toqquşub. 

Toqquşma zəncirvari qəza ilə nəticələnib. Belə ki, avtomobil "ambulance”a dəyəndən sonra, təcili yardım maşını da marşrut avtobusu ilə toqquşub.  Hadisədə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. 

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma gedir. 
 
BAKU.WS