SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Şuraabad, Şıxlar, Baş Qərvənd, Mərzili, Cəvahirli, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 63 dəfə atəş zərbəsi endirib.
 
BAKU.WS