VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

BAKU.WS apa.tv-yə istinadən xəbər verir ki, Gülnarə Saypullayeva qızı 5 yaşlı Luizanın südünə zəhər qatdıqdan sonra qızın halı pisləşib.

Özünü itirən qadın bu barədə uşağın atası Bəxtiyara məlumat verib: "Ayın 14-ü günorta burda oynayan uşaq idi. Mən də mallara baxmağa getmişdim. Bir saat olmadı, gəldi mənim yanıma ki, uşaq ölüb. Mən də gəlib gördüm ki, uşağın vəziyyəti pisdir, xəstəxanaya apardım. Bir saat keçmədi uşaq rəhmətə getdi. Anası özü zəhərləyib dərmanla. Malları saxlayırıq, iki aydır işləyirdik".
 
BAKU.WS