Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutulub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayonun Şahvələdli kənd sakini, 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov hüququ mühafizə orqanları tərəfindən saxlanılıb. 

Rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, R.Məmmədov rayonun  Bayan kəndi ərazisində saxlanılıb. 

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
 
Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub. Rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib. İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib. 

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ