SİZİN REKLAM BURADA!
055 213 76 73



İmişli polisi özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsi həbs edib.


BAKU.WS
-in məlumatına görə, polisin keçirdiyi əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Ramin Eldar oğlu Mehbalıyev saxlanılıb. Polis onu 1998-ci il təvəllüdlü Qismət Dağıstan oğlu Yunuslunun şikayəti əsasında saxlayıb.

Məlum olub ki, Ramin Mehbalıyev Qismət Yunuslunu aldadaraq ondan 10500 ABŞ dolları və 6800 manat pul alıb. O, bildirib ki, MTN-də yüksək vəzifədə çalışır. Pulun əvəzində Qismət Yunuslunu MTN-ə işə düzəldəcəyini bildirib.


Araşdırmalar zamanı onun başqa qanunsuz əməli də ortaya çıxıb. Belə ki, o, rayonun Bəhramtəpə qəsəbə sakinindən də 2013-cü ildə 1700 manat borc alıb və geri qaytarmıyıb.


Hazırda saxlanılan şəxs barəsində İmişli Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Onun başqa şəxsləri də aldatması istisna edilmir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS