VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər xarici vətəndaş saxlanılıblar.

ARB TV xəbər verir ki, həmin şəxslər Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğludur.
 
Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan Respublikası vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
 
İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının "Odlar Yurdu" və "Qərb" universitetlərinin tələbələri olması müəyyənləşdirilib.
 
Cəlilabadın Əsədli kəndi ərazisində isə İrandan Azərbaycana dövlət sərhədinin pozulması pozulması əlamətləri aşkarlanıb. Əməliyyat zamanı sərhəd qoruyucusunu qarşılamaq üçün əraziyə gələn Musalı kənd sakinləri daha sonra isə sərhəd pozucusunun özü saxlanılaraq istintaqa cəlb olunublar.
 
Fakt üzrə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
BAKU.WS