SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda məscidlərdən birinin yaxınlığında dava düşüb, gənc oğlan döyülüb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nəcəfli Toğrul Vilayət oğlu həmyaşıdları ilə mübahisə edib. Nəticədə o, döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS