SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda ərzaq mağazalarından birindən oğurluq olub.

Həmin an mağazanın təhlükəsizlik kamerasına da düşüb. Bir gənc satıcının başının qarışdığını görüb və piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb. Görüntülərdən aydın olur ki, mağazada özünü müştəri kimi qələmə verən şəxs guya ərzaq mallarına baxır.

Satıcınıun digər müştərilərə başının qarışdığını görən kimi planını icra edir. Ancaq oğurluğunun kameraya düşdüyünü bilmir.

Görüntülər paytaxtın Nəsimi rayonu metronun ''28-may'' stansiyası yaxınlığında yerləşən bir ərzaq mağazasındandır. Mağazaya oğurluğa gələn gənc özünü müştəri kimi aparır. Satıcı isə tərəzidə digər müştərilərə ərzaq çəkir.

Bir neçə cəhddən sonra nəhayət ki, satıcının gözündən yayınaraq piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb cibinə qoyur.
Külli miqdarda pulu götürdükdən sonra o, şübhə yaratmasın deyə mağazanı dərhal tərk etmir. Öz növbəsini gözləmiş kimi dayanır, bir müddətdən sonra mağazadan çıxır.

Zərərçəkmişlər hadisədən axşam mağazanı bağlayıb, pulları hesablayarkən xəbər tutublar. Dərhal mağaza sahibi təhlükəsizlik kameralarına baxış keçirib. Pulun oğurlandığını gördükdən sonra ərazi üzrə Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veriblər.

Bölmədən ''Xəzər Xəbər''ə verilən mlumata görə, hələlik həmin şəxs saxlanılmayıb. Onun əvvəlcə şəxsiyyətinin müəyyən edilməsi, daha sonra isə saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS