SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Leysan Lənkəranda həyatı iflic vəziyyətinə salıb. 

FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolduğu məlum olub. 

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. 
Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Əməliyyat saat 03:32 də başa çatıb. 

BAKU.WS