SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünən axşam saatlarında Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən verdiyi məlumata görə, Qara Qarayev prospekti 93 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Musayeva Nişanə Etibar qızı bacısı tərəfindən bıçaqlanıb.

M.Nişanə dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.

Bıçaqlayan şəxsin psixi problemlərinin olduğu bildirilir.
 
BAKU.WS