VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində minik maşınlarında olan sürücü və sərnişinlər XI sinif məzunlarıdır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Hazırda əsarət alanların şəxsiyyəti təqiqləşdirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. 
 
BAKU.WS