SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda Yol-Patrul xidmətinin əməkdaşı sürücüyə qarşı hörmətsizlik edib.
 
Dövlət Yol Polisinin əməkdaşına qarşı bu ittihamla BAKU.WS-ə Orxan Məmmədli adlı sürücü müraciət edib. Onun sözlərinə görə, Yol-patrul xidmətinin inspektoru yolu bağlayaraq, ona hərəkət etməyə icazə verməyib. Sürücü qeyd edir ki, inspektor ancaq tanışlarının yolu keçməsinə şərait yaradıb. Hadisə Yusif Səfərli küçəsindən Cavanşir körpüsünə gedən yolda baş verib. 

Sürücü şikayətində deyir: "İnspektor mənə kobud davranaq "Sən kimsən ki, mən sənə yol verməliyəm?” dedi. Mən isə onun bu hərəkətini şikayət edəcəyimi desəm də, "Get kimə deyirsən, de” cavabını eşitdim”. Adıçəkilən inspektor 99 YP 425 dövlət nömrə nişanlı YPX avtomobilində əyləşibmiş. 
 
Rəhim Məmmədov
BAKU.WS