SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şirvanda iki nişanlı qız evdən qaçıb. Hər iki qız zəngləşərək birlikdə evlərini tərk ediblər. Hara getdikləri barədə isə heç bir məlumat yoxdur.

İki nişanlı qız evdən qaçıb. Hadisə Şirvanda baş verib. Şəhər sakini, 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı əfsanə Quliyeva mayın 26-da evdən çıxaraq geri qayıtmayıblar. Aytacın anası Flora Şirinovanın sözlərinə görə, gəlini bir müddət əvvəl valideynlərindən bezdiyini deyib.

Aytac da nişanı qaytarmaq istəyib. Lakin ailəsi buna etiraz edib. Aytac nişanını qaytarmayacağı halda evdən qaçacağını da bildirib.

Mayın 26-da səhər saatlarında hər iki qız zəngləşərək birlikdə qaçıblar. Hara getdikləri barədə də heç bir məlumat yoxdur.

Qızların itkin düşmələri barədə Şirvan polis şöbəsinə yazılı müraciət olunub. Hazırda axtarışlar davam etdirilir. 
 
 
BAKU.WS