SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
BAKU.WS "Lent.az"-a istinadən xəbər verir ki, Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi "Nissan X-Trail" markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuş Zalov İsrafil Səcəddin oğlunu vurub. Azyaşlı hadisə yerindəcə vəfat edib.
 
Bildirilir ki, hadisə saat 18:50 radələrində Məmməd Seyidov maşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman 4 yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS