SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

BAKU.WS Report-a istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib.

Belə ki, 20 nömrəli xətt üzrə işləyən "İsuzu” markalı sərnişin avtobusu ilə "VAZ-2109” markalı minik avtomobili toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS