SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda qadın oğurluq edib.
 
Bu barədə "Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, Bakı sakini İsmayıl Qədimov paytaxtdakı gecə klublarından birində olan zaman Marina adlı qadınla tanış olub. Gecə klubundan qadınla çıxaraq başqa məkana keçən şəxs sonradan 3 min manatdan çox pulunun oğurlandığını bilib. O, dərhal polisə məlumat verib.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Marina Pronina saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
 
BAKU.WS