SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər kərpicdən tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək istəyib. 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS