VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuzda bədbəxt hadisə baş verib.

ARB 24 xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini 42 yaşlı Qurbanova Tamam Əbduləli qızı ehtiyatsızlıqdan tualetin quyusuna düşüb. Köməksiz vəziyyətdə qalan zərərçəkənin ayağı dəmir lövhəcikdə sıxılıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Qrupunun Tovuz rayon Şöbəsinin əməkdaşları cəlb olunub. 20 dəqiqəlik xilasetmə əməliyyatından sonra Tamam Qurbanova sağ-salamat normal həyatına qaytarılıb.  
 
BAKU.WS