SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Aqrarkredit" bank olmayan kredit təşkilatının (BOKT) departament rəhbəri dünyasını dəyişib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı elanda deyilir.

Belə ki, "Aqrarkredit"in Problemli kreditlərlə iş departamentinin direktoru Tofiq Əliyev vəfat edib. 

"BOKT-un rəhbərliyi Tofiq Əliyevin vəfatından kədərləndiyini bildirir", - deyə elanda qeyd edilib.

Qeyd edək ki, "Aqrarkredit"in səhmlərinin 100%-i dövlətə məxsusdur. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri adıçəkilən BOKT-a ötürülür.
 
BAKU.WS