VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Biləsuvar rayonunda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb.

BAKU.WS xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından "Report"un Aran bürosuna verilən məlumata görə, ötən gün axşam saatlarında yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub. 

Bundan sonra xəstəxananın Təcili tibbi yardım şöbəsinin əməkdaşları hadisə yerinə gedib və yaralını səhiyyə ocağına gətiriblər. Ancaq daha sonra xəstə yaxınları ilə təcili tibbi yardım avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Məcid Əziz oğlu Qənbərov arasında mübahisə yaranıb. Nəticədə sürücü sifət nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
BAKU.WS