VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiya hərbi hava qüvvələrinə məxsus bombardımançılar yenidən İŞİD terror təşkilatının bazalarına zərbələr endirib. 
 
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özü məlumat yayıb. İŞİD-in Xan-Şeyxun bölgəsindəki sığınacaqları və hərbi anbarları məhv edilib. 

Gün ərzində terrorçuların 32 obyektinə 33 hərbi uçuş ‪ yerinə yetirilib. Bir neçə gündür ki, Rusiya bombardımançılarının uçuşlarının intensivliyi azalıb. Buna səbəb isə Suriya silahlı qüvvələrinin aktiv hücumu olub. Suriyaya havadan dəstək verən Rusiya terrorçular barədə kəşfiyyat məlumatları da ötürür. 
 
Suriya Silahlı Qüvvələri döyüşçülərinin nəzarətinə keçən bəzi ərazilərə "Su-34" bombardmançısıyla zərbələr endirilib və həmin ərazilər terrorçulardan tam təmizlənib. Zərbələr nəticəsində İŞİD-in beton sığınacağı da tamamilə dağıdılıb. 
 
BAKU.WS