VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Abşeron rayonunda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

"Report" xəbər verir ki, 5 yaşlı uşaq Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən hündürmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən yerə yıxılaraq ölüb.

Hadisə "Absheron City" yaşayış kompleksinin ərazisində baş verib. Ərazidəki binalardan birinin birinci mərtəbəsinə qonaq gələn ailənin 5 yaşlı uşağı – Əsədova Məryəm Vüsal qızı nəzarətsiz qalaraq 7-ci mərtəbəyə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
BAKU.WS