SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhər Zabrat qəsəbə sakini Talıb Rüstəmov Abşeron RPİ-nə müraciət edərək bildirib ki, 31 may saat 18 radələrində Abşeron rayon Mehdiabad qəsəbəsində onun VAZ 2107 markalı avtomobilindən oğurluq edilib.

ARB TV xəbər verir ki, sərnişin qismində əyləşən naməlum şəxslər arxa oturacaqda içərisində 1500 manat pul olan pul qabını gödəkçənin cibindən oğurlayaraq qaçıblar.

Abşeron RPİ əməkdaşlaranın keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Gəncə şəhərində qeydiyyatda olan Digah qəsəbə sakini 30 yaşlı Mətləb Abbasov və Sabunçu rayon sakini 29 yaşlı Hüseyn Süleymanov saxlanılıb. Ancaq dara düşən "dost"ların əsl münasibəti elə bu zaman ortaya çıxıb. Mətləb günahsız olduğunu, əksinə zərərçəkənə kömək etdiyini deyib.

Mətləb Abbasov - saxlanılan şəxs: "Evə gəlirdik, mindik maşına gəldik düşdük evin yanında. Düşəndə qaqaş camaatın pulun da götürdü düşdü mənimlə biryerdə. Maşın qayıdıb gələndə qaqaş görüb qaçdı. Gəldi maşının yiyəsi. Soruşdum nolub, dedi pulumu aparıb. Dedim gəl axtaraq. Axtaraq, tapmadıq. Dedim gedək evlərinə. Getdik evlərinə yox idilər. Sonra dedim ərazi polis Mehdiabaddı. Gedək ora, gəldik ora, fsyo".

Hüseyn isə oğurluğun əsas iştirakçısı kimi dostunu günahlandırıb.

Hüseyn Süleymanov - saxlanılan şəxs: "Binəqədidə maşından düşəndə, mənim yoldaşın, yanımdakı mənə pul verdi ki, ala qaç. Mən də qaçdım. Bu da qaçdı. Ondan sonra tutulubdu, gəlib düşmüşk bura. Bu eliyib, camaatın kostyumunun cibindən götürüb ki, ala qaç".

Faktla əlaqədər Abşeron RPİ-də CM-in müvafiq maddəsiylə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.  
 
BAKU.WS