Bakının Yasamal rayonunda intihara cəhd edən şəxs xilas edilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, özünü 17 mərtəbəli binanın 15-ci mərtəbəsindən atmaq istəyən 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlunu aşağı düşürüblər.


Məlum olub ki, həmin şəxs bir dəfə də özünü öldürməyə cəhd edib. Föhqəladə Hallar Nazirliyinin xilasediciləri bildiriblər ki, o, özünü Milli Məclisin arxasında yerləşən binadan atmaq istəyib. Onun əmisi ilə mülk mübahisəsi olduğu bildirilir. Hazırda özünü öldürmək istəyən şəxsin kimliyi araşdırılır.

 

Qeyd edək ki, hadisə şahidləri BAKU.WS-ə açıqlamalarında bildirmişdilər ki, intihar etmək istəyən şəxs fəhlədir. Onun H.Cavid prospektində yerləşən binada çalışdığı bildirilirdi. Fəhlənin 200 manat maaş ala bilməməsi səbəbindən özünü öldürmək istədiyi deyilirdi.

 

Faktla bağlı araşdırma aparılır.

 

Ziya Səccad
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ