SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları ilə atışmada üç əsgər şəhid olub, daha ikisi yaralanıb. 

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, atışmada iki terrorçunun öldürüldüyü, birinin isə yaralandığı bildirilir.

Atışma bu gün baş verib. Əməliyyat keçirən əsgərlər PKK terrorçuları ilə qarşılaşıb.

Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat davam etdirilir. 
 
BAKU.WS