SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
 
BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi "Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi "Fiat-Dobla” markalı avtomobilə vurub.
 
Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.
 
Səbail RPİ tərəfindən araşdırma aparılır.
 
BAKU.WS