SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

Hadisə şahidlərinin unikal.org-a verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərəinə görə, İ. Məhərrəmov Budo idman növü üzrə Dünya və Avropa çempionudur.
 
Budo üzrə Azərbaycan millisinin məşqçisi Səbuhi Vəliyev intihar edən idmançı İftixar Məhərrəmovla bağlı açıqlama verib. 
 
"İftixarın idmanla bağlı heç bir problemi yox idi. O, çox yaxşı idmançı idi. Atası da yaxşı insan idi və münasibətimiz var idi. Onun intihar etməsi haqqında xəbəri sizdən eşidirəm. Şoka düşdüm. Niyə intihar etsin ki? İftixar təkcə budo ilə məşğul olmurdu. O, həmçinin digər idman növlərində də yarışırdı. Kikboksinqlə də məşğul olub. Çox istedadlı və uğurlu idmançı idi", məşqçi əlavə edib.
 
BAKU.WS