SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. 

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, saat 09 radələrində Nərimanov rayonu ərazisində keçmiş Teymur Əliyev, hazırki Məmməd Araz küçəsində (Milyonerlər məhəlləsi kimi tanınan küçə) "Chevrolet Camaro" ilə İctimai Televiziyaya məxsus avtomobil toqquşub. 

Nəticədə 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
 
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.
 
BAKU.WS