SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Narkotik maddəyə olan təlabatını ödəmək üçün oğul atasının evini qarət edib.

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhərində baş verib. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin inzibati təsərrüfat işləri üzrə direktor müavini Eldar Həziyev rayon polis idarəsinə, 31-ci məhəllədəki evinin qarət edilməsi barədə məlumat verib. Zərərçəkmiş polisə bildirib ki, evdə olmadıqları vaxt pəncərədən girən şəxs iki ədəd bahalı televizor, qızıl üzük və 500 manat pulunu oğurlayıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis çox çəkməyib ki, şübhəli kimi Eldar Həziyevin oğlu, əvvəllər məhkum edilmiş Sultan Qazıyevi saxlayıb. Dindirmə zamanı oğul atasının evindən oğurluq etməsini etiraf edib.

Narkotik maddə aludəçisi olan Sultan Qazıyev bundan başqa qonşusunun və Xırdalan şəhəri ərazisində 10-a yaxın kafedən də oğurluq edib. Sultanın sözlərinə görə, oğurladıqlarını satıb pulun bir qisminə narkotik maddə alıb. O, istintaqa ifadəsi zamanı hətta atasının işlədiyi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecindən də oğurluq etməsini etiraf edib.

Faktla bağlı Sultan Qazıyev barəsində Abşeron rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

Paytaxtın Sabunçu rayonunda da mənzildən oğurluq edən şəxs tutulub.12-ci polis bölməsinin əməkdaşları əməliyyat tədbirləri ilə qeyd edilən qəsəbədəkı evlərin birindən 890 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nahid İsmayılovu saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri hələ davam etdirilir.
 
BAKU.WS