SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Allahım, bu illər ərzində nə qədər yaxınımı, dostumu itirmişəm.

BAKU.WS teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı İnstagram-da yazıb.

Tennis meydançasından şəkil paylaşan aparıcı ona tennisi öyrədən müəlliminin xərçəng xəstəliyinə tutulduğunu bildirib:

"İllər sonra müəllimimlə tennis oynamaq istədim. Aylardır xahiş edirəm. Nəhayət, bu gün razılaşdı. Yaşlanmış və dəyişilmiş bir insan vardı qarşımda. Utandım nəsə soruşum, amma oyun başlayanda onun xəstəliyinin xərçəng olduğunu anladım.

Aldığı müalicə onu bu hala salıb. Məni qırmamaq üçün bu oyuna razılıq verdiyini deyəndə göz yaşlarımı saxlaya bilmədim".
 
BAKU.WS